Qış aylarında çoxlarının tərəvəzlər arasında arxa plana atdığı gül kələmi əsasən ya qızardıldığı üçün yağ çəkir, ya da qaynandıqda ağır qoxu yaydığı üçün sevilmir. Lakin məşhur aşpazların tez-tez tövsiyə etdiyi xüsusi bişirmə üsulu gül kələmini həm yüngül, həm də təəccübləndirəcək dərəcədə doyumlu bir yeməyə çevirir.
Milli.Az xəbər verir ki, bu reseptdə gül kələmi nə qızardılır, nə də qaynar suda qaynadılır. Əksinə, tərəvəzlər öz təbii suyu ilə yavaş-yavaş bişirildiyi üçün həm forması gözəl qalır, həm də çəngəl toxunduqda asanlıqla dağılan yumşaqlıq əldə edilir. Sağlam qidalanmağa diqqət edənlər üçün də ideal seçimdir.
Tərkibi
1 kq gül kələmi
2 ədəd orta ölçülü qırmızı bibər
1 ədəd orta boy pomidor
1 xörək qaşığı tomat pastası
1 orta boy soğan
3 ədəd yaşıl bibər
Yarım fincan duru yağ
6 diş sarımsaq
Hazırlanma qaydası
Gül kələmini təmizləyərək iri çiçəklərə bölün. Geniş qaba qoyub üzərinə soyuq su əlavə edin və 30 dəqiqə gözlədin.
Soğanı incə doğrayın.
İstəsəniz, soğan ölçüsündə doğranmış yerkökü də əlavə edə bilərsiniz.
Bibərləri dilimləyin.
Pomidorun qabığını soyub xırda doğrayın.
Sarımsaqların yarısını xırda doğrayın, yarısı daha sonra istifadə ediləcək.
Geniş qazanı ocağa qoyun, duru yağı əlavə edin.
Yağ qızmadan soğanı, yerkökünü və bibərləri əlavə edin. Orta odda, qapağı bağlı şəkildə yumşalanadək qovurun. Rəngləri dəyişməyə başlayanda az miqdarda qiymə əlavə edin və tam açılana qədər qarışdırın.Təxminən 5 dəqiqə daha qovurun.
Qovrulmuş tərəvəzlərə tomat pastasını əlavə edib qarışdırın. Ardınca pomidorları əlavə edin. Qapağı bağlayıb bir neçə dəqiqə pomidorun suyunu buraxmasını gözləyin. Sonra iki stəkan soyuq su əlavə edin. Su gül kələminin üzərini tam örtməməlidir.
Qazan qaynamağa başlayanda gül kələmi çiçəklərini əlavə edin. Orta odda, qapağı bağlı şəkildə təxminən 20 dəqiqə bişirin. Sap hissəsi yüngülcə yumşalmağa başlayanda istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz.
Ocağı söndürdükdən sonra qazanı 5 dəqiqə qapaqlı halda dincəldin.
Daha sonra servis edə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az





