Kriminal

Bakıda "Land Rover"lə narkotik daşıyan şəxs saxlanıldı - VİDEO

25 Dekabr 2025 19:40
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Land Rover" idarə edən narkokuryerdə 17 kq marixuana aşkarlanıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi "Land Rover" markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.