Kriminal

Bakıda həkim HƏBS OLUNDU

20 Fevral 2025 13:33
Baxış: 3 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda həkim inzibati qaydada həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.

Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.

E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan marixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.

Biinəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.