Bakıda azyaşlı qızının çılpaq videolarını yaymaqda təqsirləndirilən Gülarə Ağayevanın (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Ağayeva 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, ali təhsilli olan G.Ağayeva 2003-cü ildə ailə həyatı qurub və birgə nikahdan 2015-ci ildə qızı olub. Bir müddət Bakıda 6 saylı uşaq bağçasının müdiri işləyən qadın daha sonra fərdi psixoloq kimi fəaliyyət göstərməyə başlayıb.
2018-ci ildə G.Ağayeva həyat yoldaşından ayrılıb. Məhkəmənin qərarı ilə qızı onun himayəsində qalıb.
2023-cü ildə qadın yaşadığı evin hamamında 8 yaşlı qızının çılpaq videolarını çəkərək, sosial şəbəkələrdə paylaşıb. Həmin video sosial şəbəkələrdə yayılandan sonra polis əməkdaşları araşdırmalara başlayıblar. Araşdırmalarla məlum olub ki, azyaşlı qızın videosu anası tərəfindən yayılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qadın saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və qadın məhkəmə qərarı ilə həbs edilib.
Milli.Az





