Qarabağ veteranı öldürülübmüş - Qətlin üstü 3 il sonra açıldı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb.
Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi qətllə bağlı birgə məlumat yayıb.
Bildirilib ki, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun 25 dekabr 2021-ci il tarixdə qeyri-aşkar şəraitdə aldığı xəsarətlərdən ölməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, əməli törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb:
"Oğuz rayon prokurorluğunda cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və rayon polis şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan 1973-cü il təvəllüdlü Mübariz Sultanovun arvadına qarşı xoşagəlməz ifadələr işlətməsini eşidərək Bəxtiyar Salahovu cəzalandırmaq məqsədilə sonuncunu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mübariz Sultanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





