Kriminal

Ölkənin yeganə "qanuni oğru"su saxlanıldı

1 Dekabr 2023 19:58
Baxış: 1 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşkənddə polis Özbəkistanın yeganə "qanuni oğru"su, kriminal dairələrdə "Baxti Daşkəndski" və "Baxti Yangiabadski" kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevi saxlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Prime Crime məlumat yayıb.

Məlumata görə, o, noyabrın 28-də saxlanılıb. Özbəkistanın paytaxtında ümumilikdə 200-ə yaxın kriminal avtoritet, o cümlədən "Saidaziz Medqorodok" kimi tanınan Saidaziz Səidəliyev də tutulub. Səidəliyev və onun dörd yoldaşı saxlanılarkən müqavimət göstəriblər. Qafur Rəhimova yaxın olan kriminal avtoritet Bahodir Sultanov da saxlanılıb.

Bütün təqsirləndirilən şəxslər istintaq təcridxanasındadır. Onlar 10-15 gün müddətinə həbs ediliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.