Kriminal

"Kişi olub arvadına sahib çıxardın" sözləri cinayətə səbəb oldu - Xəstəxanada gizli eşq - FOTO

9 Sentyabr 2023 16:12
Baxış: 3 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə qısqanclıq zəmnində qanla bitən hadisə yaşanıb.

Milli.Az xarici mediaya istinadən bildirir ki, Qaziantep bölgəsində 40 yaşlı Ömər arvadı ilə münasibətdə olduğundan şübhələndiyi kişini bıçaqlayıb. Xəstəxanada təmizlik işləri ilə məşğul olan şəxsə çox sayda bıçaq zərbələri endirən Ömər dərhal həbs olunub. 

"Arvadımın mənə xəyanət etdiyindən şübhələnirdim. İş yerinə getdim və onu başqa kişi ilə gördüm. Çox qəzəbləndim. Həmin şəxs mənə - "Kişi olardın, arvadına yiyəlik edərdin!" dedi. Mən də özümü cilovlaya bilməyib, üstünə bıçaqla hücum çəkdim."

Kişinin bıçaqlandıqdan sonrakı görüntüləri sosial şəbəkələrə böyük sürətlə yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Lalə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.