Kriminal

Model sevgilisini döyən Ziya haqda yeni xəbər

11 İyun 2023 16:48
Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Model sevgilisi Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Ziya Hüseynzadə apellyasiya şikayəti verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Ziya Hüseynzadə ilk olaraq Razi Əliyevanın şikayəti əsasında tutulsa da, sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb. Ona əzabvermə, xuliqanlıq, oğurluq, əmlakı məhv etmə və başqa maddələrlə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir, haqqında deyilənləri qarayaxma kampaniyası adlandırır.

Bundan əlavə, bu hadisə barədə məlumat yayılmazdan bir müddət əvvəl Ziya Hüseynzadənin rəhbərlik etdiyi "PKF Audit Azerbaijan" MMC ilə bağlı cinayət işi açılıb. Şirkətin Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürdüyü iddia olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.