Kriminal

Evdən oğurluq edən şəxs saxlanılıb - FOTO

24 Aprel 2023 09:07
Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla ev sahibinin iki il öncə oraya baş çəkdiyi və oğurluğun da bundan sonrakı dövr ərzində törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi detallı əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəxs qısa zamanda ifşa edilib. Belə ki, qeyd edilən cinayətin rayon sakini Rahib İmanov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilmə zamanı öz əməlini etiraf edib. R.İmanov ötən ilin avqust ayının əvvəlindən dekabr ayının sonunadək mütəmadi şəkildə qızıl-zinət və məişət əsyaları oğurlamaqla zərərçəkmişə 15 min manat miqdarında maddi ziyan vurub. Oğurlanan əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.