Kriminal

Yevlaxda 15 yaşlı yeniyetməni ölüm həddinə çatdıran şəxsdən XƏBƏR VAR

15 Dekabr 2022 11:04
Baxış: 1 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeniyetməni özünü öldürmə həddinə çatdıran şəxs barəsində cinayət işi yekunlaşıb

Yevlax rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, bu il sentyabrın 23-də Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 299.2-ci (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaqla, zərərçəkmişin tanışı Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zaur Təhməzova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.