Masazırda məmura hücum oldu - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonu, Masazır qəsəbə bələdiyyəsində vəzifəli şəxsə hücum edərək ona şüşə ilə xəsarət yetirən şəxsə hökm oxunub.
Milli.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu il mayın 18-də saat 12 radələrində inzibati binaya daxil olaraq bələdiyyənin İlham adlı şöbə rəisinə xəsarət yetirən 1990-cı il təvəllüdlü Elnur Kərimova 2 il 6 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Elnur uşaq ikən valideynlərini itirib və Bakıda çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbdə təhsil alıb. O, ifadəsində daha əvvəl də bir neçə dəfə cinayət törətdiyini bildirib: "Mənə dövlət tərəfindən verilmiş və Masazırda yerləşən evdə yaşayıram. 2009-cu il də hərbi xidmətdə olarkən ilk dəfə cinayət törətmişəm. CM-nin 332.1-ci maddəsi ilə Tərtər Hərbi Məhkəməsi tərəfindən, 2019-cu ildə CM-nin 177.2.3-cü və 221.2.2-ci maddəsi ilə Abşeron rayon məhkəməsi tərəfindən məhkum olunmuşam, 2021-ci ilin noyabrında amnistiya aktına görə azad olunmuşam. 18 may 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Masazır Bədədiyyəsinə iş tapmaq üçün getmişdim. Bələdiyyədə şöbə rəisi İlhamın iş otağına yaxınlaşaraq qapını döymədən açaraq içəri daxil oldum. İçəridə kənar şəxslər olduğuna görə İlham mənə bayıra çıxmağımı bildirdi, ona "nə olub, mənim üstümə niyə qışqırırsan?!" dedim. Üzərimə gələrək yaxamdan tutaraq bayıra itələdi, müqavimət göstərdikdə isə qapının ağzında duran vətəndaşlar İlhamla birgə məni pilləkənə doğru çıxarmağa başladı. Bu zaman pəncərənin qarşısında boş su butulkasına əl atıb götürərək sındırdım, butulkanın sınıqlarını yerdən yığaraq İlhamın sifət nahiyəsinə atdım".
Bələdiyyənin şöbə rəisi isə ifadəsində bildirib ki, Elnur qapını döymədən otağa basqın edib və pul tələb etməyə başlayıb: "Əvvəllər də Elnur iş yerimə gələrək pul istəyib. Onun kimsəsiz olduğunu və dövlət tərəfindən himayədə olduğuna görə həmişə sərbəst və könüllü olaraq pul vermişəm. Mübahisə olan gün isə ona qapının ağzında gözləməsini dedim. Lakin məhəl qoymayaraq üzərimə gəldi, qışqıraraq pul tələb etməyə başladı. Vətəndaşlar və bələdiyyə əməkdaşları onu zorla bayıra çıxardılar. Lakin o, sakitləşməyib pilləkanın qabaq hissəsində yerləşən pencərənin ağzında olan boş butulkanı götürərək yerə çırpdı və butulka sındıqdan sonra baş hissəsi əlində qalaraq üzərimə hücum etdi. Oradakı sakinlər və bələdiyyə işçiləri Elnurun qabağını kəsərək şüşəni əlindən aldılar. Buna baxmayaraq Elnur aqressiv şəkildə hərəkətlərinə davam etdirərək şüşə qırıntılarını yerdən götürdü, üzərimə atdı və şüşə qırıntıları sifət nahiyəmin sağ tərəfinə dəyərək xəsarət yetirdi. Mübahisə zamanı Elnur məni küçə sözləri ilə təhqir etdi. Onun azğın şəkildə mənə qarşı hərəkət etdiyini görərək DİN-in 102 xidmətinə məlumat verdim".
Qeyd edək ki, E.Kərimov Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





