Kriminal

17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldatdı - FOTO

21 İyun 2022 12:52
1 Şərh     Baxış: 5 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda dələduzluq edən qadın saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Lalə Zeynalova rayonda vətəndaşları aldadaraq pullarını ələ keçirib. Araşdırmalar zamanı məlum olub ki, L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə ayrı-ayrı məbləğlərdə pulu mənimsəyib.

Onun əvvəllər də Bakıda etdiyi analoji cinayət əməllərinə görə axtarışda olduğu müəyyən olunub. Həmin qadının digər şəhər və rayonlarda da bənzər cinayətlərdə iştirakı istisna edilmir.

L.Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.