Ədliyyə general-mayoru Zavər Qafarov vəfat edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Zavər Qafarov bu gün dünyasını dəyişib. O, Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək.
Qeyd edək ki, Zavər Qafarov uzun illər ədliyyə orqanlarında çalışıb. O, 2015-ci ildə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, Z. Qafarovun oğlu da bir müddət əvvəl dünaysını dəyişib.
Milli.Az