Ölkə

Yevlax polisi əməliyyat keçirib, 7 nəfər saxlanılıb

3 Noyabr 2021 15:34
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı, əldə olunması və daşınması ilə əlaqədar 7 nəfər tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.