Ölkə

İsmayıllıda yol qəzasında ana və qızı ağır xəsarət alıb

31 Oktyabr 2021 10:12
0 Şərh     Baxış: 2 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsmayıllı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İsmayıllı-Lahıc yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1971-ci il təvəllüdlü Məmmədova Məhəbbət Sadiq qızı və övladı, 1995-ci il təvəllüdlü İbrahimova Sədaqət Fərhad qızı xəsarət alıblar.

Yaralılar əvvəlcə rayon İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin onların vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı M.Məmmədovaya qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sağ bud sümüyünün və qabırğaların sınığı, S.İbrahimovaya isə sol bud sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub. M.Məmmədovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.