Ölkə

Bakıda bu xəstəxanada saxta COVID-19 pasportu verilib

21 Sentyabr 2021 10:21
2 Şərh     Baxış: 1 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maştağa qəsəbəsində yerləşən "7 №-li Birləşmiş Şəhər Xəstəxanası" PHŞ-də "COVİD-19" əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Sabunçu rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, araşdırmalarla qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.