Ölkə

Azərbaycanda hicablı qadından şok əməl: Polis dərhal həbs etdi - VİDEO

20 Sentyabr 2021 13:43
9 Şərh     Baxış: 3 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub.

Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

"Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.