Ölkə

Elmar Qasımov EURAS-ın İdarə Heyətinə üzv seçilib

3 Sentyabr 2021 12:12
Baxış: 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin İstanbul Aydın Universitetində keçirilən Avrasiya Universitetlər Birliyinin (EURAS) Ümumi yığıncağında iştirak edib. Məqsədi EURAS-a üzv universitetlərlə birgə fəaliyyət, universitetlərin idarəçiliyinə dair aktual məsələlərin həlli və gələcək inkişaf planının müəyyənləşdirilməsi olan iclasda EURAS-ın yeni İdarə Heyəti də seçilərək formalaşdırılıb. BANM-in rektoru Elmar Qasımov İdarə Heyətinin üzvü seçilib. İdarə Heyətinin üzvləri büdcənin hazırlanması, birliyin idarə edilməsi, yerli və beynəlxalq təmsilçilərin müəyyən olunması, həmçinin bir neçə vacib vəzifələri icra etmək səlahiyyəti daşıyır. Azərbaycanla yanaşı, Türkiyə, İsveçrə, İtaliya, İngiltərə, Pakistan, Latviya, Polşa və bir sıra digər ölkələrin universitet nümayəndələri də İdarə Heyətinə üzv seçilib.

Elmar Qasımov iclas zamanı BANM-in 2019-cu ildən EURAS-a üzv olduğunu xatırladaraq bildirib ki, bu müddətdə EURAS ilə birlikdə bir neçə layihə həyata keçirilib, gələcək imkanlar və inkişafla bağlı vebinarlar təşkil edilib. Rektor İdarə Heyətinin üzvü olaraq gələcək əməkdaşlıq və perspektivlər üçün böyük töhfələr verəcəyini vurğulayıb.

2008-ci ildə təsis olunan EURAS Avrasiya regionunda universitetləri və digər ali təhsil müəssisələrini əhatə edən birlikdir. Birlik Qərbi və Mərkəzi Avropa, Balkan ölkələri, Qafqaz, Orta Şərq və Asiyadan olan 110-dan çox universitet arasında əməkdaşlığı təşviq edir və Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.