Ölkə

Qəbələdə yanğının söndürülməsi üçün əməliyyatlar davam edir - VİDEO

16 Avqust 2021 18:45
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.

Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.