Ölkə

Qəbələdə yanğın başladı, helikopterlər havaya qaldırıldı - VİDEO

15 Avqust 2021 18:22
0 Şərh     Baxış: 1 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə yanğın başlayıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyə Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi əməliyyatını icra edir. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edir.

Relyefin mürəkkəbliyi və mütəmadi güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.