Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Zaidov Fərid Elşən oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az