Bakıda 15 yaşlı yeniyetməni avtomobil vurub

15 Avqust 2021 11:52

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Zaidov Fərid Elşən oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az