İsrailli həkimlər Azərbaycan hərbçilərinə dəstək göstərməyə davam edəcək - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda olan israilli həkimlərdən ibarət nümayəndə heyəti ikinci Qarabağ müharibəsində yaralanmış hərbçilərə dəstək göstərməyə davam edəcək.
Milli.Az bildirir ki, bunu Trend-ə nümayəndə heyətinin rəhbəri, cərrah-oftalmoloq İşay Falik deyib.
Onun sözlərinə görə, hazırda bir çox xəstənin yalnız müşahidəyə ehtiyacı var, bəziləri üçün isə yeni protezlər lazımdır: "Bu dəfə biz özümüzlə 24 yeni protez gətirmişik və Azərbaycana bəzi tibbi avadanlıqları təhvil vermişik. Çünki biz dövlətin hərbi qulluqçuların sağlamlıq vəziyyətinin yaxşılaşması üzrə səylərini dəstəkləyirik".
O bildirib ki, Azərbaycana ilk səfəri zamanı 150-yə yaxın hərbçinin müalicəsi ilə məşğul olub: "Əvvəl biz fikirləşirdik ki, 100 nəfəri müalicə edəcəyik, amma sonra məlum oldu ki, təxminən 150 nəfər olacaq. Onların əksəriyyətinin xüsusi oftalmoloji prosedurlara, protezlərin sabitləşməsi üçün göz plastikasına, bəzilərinin isə gözün buynuzlu qişasının transplantasiyasına ehtiyacı var idi".
Həkim Azərbaycanda işlədiyi zaman ən yaddaqalan təcrübəsi barədə də danışıb. O, müharibədən əvvəl dizayner peşəsi üzrə təhsil alan bir xəstəni müalicə edirdi. Cəbhədə bomba partlayışı nəticəsində hərbçi görmə qabiliyyətini demək olar ki, tam itirir və işıqdan başqa heç nə görə bilmir. Əsgərin gözünün tor qişası aralandığı üçün əməliyyat keçirilib və bunun sayəsində o, yenidən görməyə başladı.
Cərrahın sözlərinə görə, o, hərbçilərin müalicəsi üçün zəruri tibbi avadanlığın Azərbaycana tədarük olunmasına kömək göstərməyə çalışır.
İ.Falik bu dəfə Azərbaycana onkoloq olan həyat yoldaşı ilə birlikdə gəlib. Onların məqsədi ölkələr arasında zərurət olan sahələr üzrə təmasları təmin etməkdir.
Onun sözlərinə görə, bu, Azərbaycana ikinci səfəridir. Növbəti dəfə onun bu ilin mayında xəstələrin müayinəsini davam etdirmək üçün gəlməsi planlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
XƏBƏR LENTİ
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib





