Ölkə

Həkimdən xəbərdarlıq: Koronadan ölüm sayları artacaq - VIDEO

1 Aprel 2021 09:29
Baxış: 4 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son iki həftə ərzində yoluxanlar xəstəliyi daha ağır keçirir.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, son vaxtlar virusa yoluxan şəxslərdə xəstəliyin əlamətləri daha tez özünü büruzə verib:

"Digər həmkarlarımın və öz müşahidələrimə əsasən deyə bilərəm ki, hətta cavan insanlarda da xəstəliyin ikinci günündə ağırlaşma baş verib, temperatur yüksəlib, saturasiya düşüb. Həmçinin əvvəlki aylarda yoluxma tempi zəif idisə, indi bu, daha sürətli baş verir. Ola bilsin ki, xəstəliyin ağır keçirilməsinin səbəbi virusun mutasiyaya uğramasıdır.

Bundan başqa əvvəllər xəstələr müalicəyə qismən də olsa, tabe olsalar da, son günlər bu müşahidə edilmir. Yüksək temperaturu olan xəstələrə hərarətsalıcı preparatlar təsir etmir. Onların qismən köməyi olsa da, qısa zaman sonra xəstələrdə yenidən temperatur dərəcəsinin qalxmasını və ağırlaşmalar olmasını görürük". 

İnfeksionist onu da qeyd edib ki, gündəlik yoluxma sayı artıqca ölüm halları da artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.