Ölkə

İyunun 1-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək - Operativ Qərargah

19 Mart 2021 15:58
Baxış: 3 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarında bildirilib.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.