Növbəti yumşalma hansı sahədə olacaq? - Bu dəfə həkim-radioloq danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə koronaya yoluxma sayında artım gözlənilir.
Milli.Az bildirir ki, bunu Axar.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, yumşaldılmalarla bağlı qərarlar və metronun bağlı olması bu ehtimalı çoxaldır:
"Karantin qaydalarında müəyyən qədər yumşaldılmalara gedilib. Orta və ali məktəblərdə ənənəvi tədrisin qismən bərpası, ictimai nəqliyyatda müşahidə edilən sıxlıq və s. halları nəzərə alsaq, ölkədə koronavirusa yoluxma sayında artım ehtimalı qalır. Bu məsələ ilə bağlı əvvəldən dəqiq proqnoz vermək çətindir. Hesab edirəm ki, karantin qaydalarında yumşaldılmalara gedilməsi qərarlarını sıx-sıx vermək olmaz. Yəni bununla bağlı verilən hansısa qərardan bir neçə həftə sonra digər sahə üzrə yumşaldılmalara gedilə bilər. Karantinin sərtləşməsi isə o zaman ola bilər ki, yoluxma sayı kəskin artsın. Bununla bağlı proses ən azı 2 həftə izlənəcək. Artım olsa, növbəti yumşalmalar yəqin ki, təxirə salınacaq".
Aydın Əliyev onu da qeyd edib ki, növbəti qarar metronun açılması ilə bağlı verilməlidir:
"İndiki durumda hesab edirəm ki, metro fəaliyyətini bərpa etməlidir. Çünki avtobuslarda həddindən çox sıxlıq var. Metro qapalı məkan olsa da, ventilyasiya sistemi mövcuddur. Buna görə də metro barədə "qapalı məkan olduğu üçün yoluxma sayı çox olacaq" kimi fikirlər doğru deyil. Avtobuslardakı sıxlıqlar yoluxma sayını çoxalda bilər, nəinki metronun açılması. Marşrutlar Bakıda sərnişin yükünü tam həcmdə çəkmək imkanına malik deyil. Ona görə də metronun açılması və sərnişin sıxlığının azaldılması vacibdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İnyesta bu klubun baş məşqçisi oldu
-
"Arka sokaklar"ın aktyoru evləndi - Fotolar
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
-
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
-
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
NASA gələcəyin Ay şəhərlərinə doğru addım atır
-
Qarnın təmizlənməsinin 5 üsulu
-
Evlər niyə çökür? - RƏSMİ
-
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Azərbaycanda müəllim vəfat etdi - FOTO
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyasından Nizami Gəncəvinin abidəsinə zərər vurulmasına reaksiya
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar





