Ölkə

Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb, xəsarət alanlar var - FOTO

4 Fevral 2021 14:56
Baxış: 1 154
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi "Lada-Priora" markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.