Ölkə

Koronavirus vaksininin Azərbaycana gətirilməsi üçün müvafiq addımlar atılır

19 Noyabr 2020 14:28
Baxış: 1 048
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusa qarşı Azərbaycana vaksinin gətirilməsi istiqamətində müvafiq addımlar atılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, koronavirusun istehsalı ilə bağlı dünyada gedən proseslər yaxından izlənilir. O qeyd edib ki, beynəlxalq səviyyədə təsdiq olunacaq vaksinin Azərbaycana gətirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.