Xocavənd sakini: 28 ildir ki, doğma kəndimizi yaddaşımda, xatirələrimdə yaşatmışam
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Axullu kəndinin sakinləri də yaşayırlar. Axullu sakinləri indi doğma kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Ağcabədidə məskunlaşan Axullu sakinləri ilə görüşüb, onların sevincinə şərik olub. Kənd sakini Nəbi Qasımov illərlə yurd həsrəti ilə yaşamağın çətin olduğunu bildirib, tezliklə bu həsrətə son qoyulacağına görə sevincini ifadə edib: "Kəndimizin işğaldan azad olunması hələ də mənə yuxu kimi gəlir. Sevincimi ifadə etməkdə çətinlik çəkirəm. Televizorda Axullunun azad olunması xəbərini eşidəndə böyük oğlum ağladı, mən özümü güclə saxladım. Ailəliklə hamımız böyük sevinc içindəyik. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm".
N.Qasımov 28 ildir ki, doğma kəndlərini yaddaşında, xatirələrində yaşatdığını bildirib: "Ərgünəş dağının ətəyində yerləşən kəndimizin çox gözəl təbiəti, bulaqları var. Kəndin yuxarı hissəsi meşəlikdir. Kəndimizin hər cığırı, hər guşəsi yaddaşıma elə həkk olunub ki, gözümü bağlasalar belə evimizə gedə bilərəm".
Qasımovlar ailəsində uşaqların vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir. "Uşaqların vətənpərvər olması, Vətəni sevməsi üçün valideyn özü vətənpərvər olmalıdır", - deyən Nəbi Qasımov Qarabağ müharibəsi veteranıdır. Övladlarından ikisi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir, bir oğlu isə polis işçisidir. Məhz ailədən gələn vətənpərvərlik, yurda bağlılıq hisslərinin göstəricisidir ki, Axullunu heç vaxt görməyən, kənd işğal olunandan sonra doğulanlar da bu gün sevinc içindədirlər.
Çiçək Qasımova nəvələrinə Axullu kəndi, oradakı evləri, doğma yurdun təbiəti, gözəllikləri barədə daim söhbətlər edir. İndi o nəvələrini də götürüb kəndlərinə gedəcəyi günü səbirsizliklə gözləyir. O deyib: "Ordumuzun uzun illərdən sonra doğma torpaqlarımızı azad etməsi bütün məcburi köçkünlərin böyük sevincinə səbəb olub. Buna görə Prezidentimizə minnətdarıq. Kəndimizin azad olunması xəbərini eşidəndə Nəbiyə dedim ki, Prezidentə ailəmiz adından təşəkkür məktubu yazsın. İndi hamımız kəndimizə qayıdacağımızı gözləyirik. Nəvələrimə deyirəm ki, kəndimizə, Vətənimizə gedəcəyik. Orada gözəl meşələrimiz, soyuq bulaqlarımız var. Uşaqlar da baba yurdlarına gedəcəkləri üçün sevinirlər".
İndi Axullu sakinləri bir-birini təbrik edir, sevinclərini bölüşürlər. Həm də işğaldan azad edilmiş kəndləri ilə bağlı xəyallar, planlar qururlar. Axullu kəndi də doğma sakinlərin yolunu gözləyir. Həsrətin bitəcəyinə isə lap az qalıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
XƏBƏR LENTİ
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?





