Ölkə

Zaqatalada reyd: qaydaları pozanlar cərimələnib - FOTO

28 Avqust 2020 19:24
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki iri supermarketlər, gözəllik salonları, bərbərxanalar və geyim mağazalarında reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Reyd zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin, bəzi restoran və kafelərdə xidmət personalının tibbi maskadan istifadə etmədiyinə görə, obyekt sahiblərinə və işçilərə ciddi xəbərdarlıq olunaraq, barələrində cərimə protokolu tərtib olunub. Gözəllik salonları və bərbərxanalarda da bir neçə işçi və müştərilərin tələblərə riayət etmədiyi aşkarlanıb, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Reyd ictimai nəqliyyatda da davam etdirilib. Tibbi maskadan istifadə etmədikləri üçün bir neçə sürücü və sərnişin cərimələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.