Ölkə

Payız aylarında yoluxmaların sayı artacaq? - ÜST rəsmisi danışdı

20 Avqust 2020 17:09
Baxış: 2 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payız aylarında COVİD-19 virusuna yoluxmaların artması proqnozlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bir çox ekspertlər bu fikirdədir. Ümumdünya Səhiyyə Təşkilatı yeni dönəmdə topladığı təcrübənin istifadəsini tövsiyə edir. Bundan sonra bütün ölkədə sərt karantinin tətbiqi deyil, bölgələrdə tədbirlərin gücləndirilməsini, qaydalara ciddi əməl edilməsini tövsiyə edirik. Bütün ölkələrin hansı bölgələrdə virusun daha çox yayılması ilə bağlı məlumatlar toplaması və vəziyyətin nəzarətdə saxlanılması vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.