Ölkə

Əlilliyin qiymətləndirilməsi üzrə yeni layihə hazırlanıb

22 İyul 2020 13:36
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə yeni qanunvericilik layihəsi hazırlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə cari ilin birinci yarımilinin yekunlarına dair videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib.

S.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarların tətbiqi əlilliyi olan şəxslərin aktiv həyat tərzinə malik olmaq, mövcud əmək potensiallarını reallaşdırmaq, əmək bazarında fəaliyyətlərinə davam etmək, cəmiyyətə inteqrasiya etmək imkanlarını artıracaq. Artıq bununla bağlı qabaqcıl dünya standartları nəzərə alınmaqla yeni qanunvericilik layihəsi hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.