Ölkə

Ağdam kənd sakini: "Hamımız evimizdəyik, heç kim heç yerə getmir" - FOTO

17 İyul 2020 13:02
Baxış: 1 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşamdan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində nisbi sakitlikdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Tovuz rayonunun Ağdam kənd sakini İsa Əliyev deyib. Onun sözlərinə görə, hazırda ərazidə atışma yoxdur:

"Dünəndən artıq sakitlikdir, atəş səsləri eşidilmir. Biz heç yerə getməmişik, öz evlərimizdəyilk, heç yerə getmək fikrimiz də yoxdur. Biz 90-cı illərdə də öz kəndimizdə, evimizdə olmuşuq. Bundan sonra da axıra qədər öz kəndimizdə olacağıq. Hamımız öz evimizdə, həyətimizdə gündəlik təsərrüfat işləri ilə məşğul oluruq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.