Ölkə

Azərbaycanlı müğənninin ölümünün əsl səbəbi bilindi - FOTO

30 İyun 2020 16:49
Baxış: 10 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı müğənni, "Ağbaba" qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, mərhumun bacısı Səkinə İsmayılovanın oxu.az-a verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib.

Yəni mərhum koronavirus səbəbindən ölməyib.

Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.