Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxının Göylər kəndinin sakinləri neçə gündür təlaş içərisindədir. Kəndin giriş hissəsinə naməlum şəxs və ya şəxslər tərəfindən atılan tullantılar insanların kabusuna çevrilib.
Milli.Az bildirir ki, ARB Şəki məsələni araşdırmaq üçün sözügedən ünvana gedib və ətraflı sujet hazırlayıb.
"Bura zibil atmaq qadağandır!" Bu xəbərdaredici nişan Şamaxının Göylər kəndinin girişində yazılıb. Buna baxmayaraq, ərazi zibil paliqonunu xatırladır. Bu da azmış kimi naməlum şəxslər tərəfindən sözügedən əraziyə 9 gündür atılan zibil sakinlər arasında təşviş yaradıb.
Sakin: "Biz tələb edirik ki, bunu edənlər tapılsın və cəzalandırılsın".
Məsələ burasındadır ki, son bir neçə gündə əraziyə hardan gəldiyi məlum olmayan tibbi tullantılar atılır. Virusla mübarizə apardığımız bir dövrdə, bu cür tullantıların özü də 10 min nəfər sakini olan kəndin ətrafına atılması təhlükəli vəziyyət yaradıb. İstifadəyə yararlı yataq əşyaların atılması tullantıların karantin xəstəxanalarından gətirilməsi iddialarını daha da gücləndirir.
Sakin: "30-a yaxın döşək, yorğan, mələfələr, tibbi tullantılar gətirib buraya atılıb. Bu tullantılar bizim kəndə ait deyil. Düşünürük ki, bu tibbi tullantılar, döşəklər və s. koronavirusla mübarizə aparan xəstəxanalara aiddir. Onu da tulantı kimi gətirib bura atıblar".
Sakin: "Biz bununla bağlı çox narahatıq. Hansısa xəstəxanaya aid olan tullantılar gətirib bura atılmamalıdır. Virus günü-gündən daha çox tüğyan edir. Onlar belə etməklə bizim həyatımızı, sağlamlığımızı təhlükə altına atırlar, bizi virusla üz-üzə qoyurlar.
Məsələ ilə bağlı kənd sakinləri yerli qurumlara məlumat verib, əraziyə baxış keçirilib. 30 dan çox yataq dəsti, 100-ə yaxın döşək üzü, dəsmallar və digər tibbi ləvazimatların atıldığı məlum olub.
Çingiz Kərimov - Göylər kənd bələdiyyəsinin sədri: "İyun ayının 20-də əraziyə tərəfimizdən baxış keçirilib, aidiyyəti orqanlara məlumat verilib. Biz 6 saylı Ekologiya idarəsinə məlumat verdik, oradan nümayəndə gəldi, ərazidə müşahidə və çəkilişlər apardı. Hətta onun buraya gəlməsini kənd sakinləri də görüb, onlar da təsdiqləyə bilər. Gəldikləri nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi də bizdə var".
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair tələblər"mövcuddur. Hansı ki, tibbi tullantıların zərərsizləşdirilməsi, idarə edilməsi mexanizminə əsasən, tibbi tullantılar xüsusi torbalarda utilizasiya mərkəzlərinə göndərilməlidir.
Göylər kəndinə atılan bu tullantıların təhlükəlilik dərəcəsinə və nə üçün bura atıldığına gəldikdə isə , yəqin ki, aidiyyətı qurumların araşdırması nəticəni göstərəcək. Hər halda biz bu məsələni diqqətdə saxlayacağıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı





