Ölkə

Güləş Federasiyası Azərbaycan idmançısının axtarışa verilməsinə münasibət bildirib

29 İyun 2020 13:54
Baxış: 2 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə milli komandanın üzvü Nurməhəmməd Hacıyevin qətldə ittiham olunaraq axtarışa verilməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, AGF apasport.az saytının sorğusuna cavab olaraq bildirib ki, milliləşən dağıstanlı legionerlə bağlı məsələ nəzarətdədir.

İdmançının yaxınlarının AGF-ə verdiyi məlumata görə, təmsilçimiz qətldə birbaşa iştirak etməyib: "Federasiya rəhbərliyi bu hadisədən sonra Nurməhəmməd Hacıyevin yaxınları ilə əlaqə saxlayıb, hadisə haqda məlumat əldə etməyə çalışıb. Bizə verilən məlumata görə hadisə ailə-məişət zəminində baş verib. Sadəcə Hacıyev bu prosesdə şahid kimi iştirak edib, birbaşa cinayətdə iştirak etməyib. Hazırda araşdırma gedir. Prosesin yekunlaşmasını gözləyirik".

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən güləşçi iki həmyerlisi ilə birlikdə qətldə günahlandırılır və bu səbəbdən axtarışa verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.