Ölkə

Ağstafada çətənə becərən şəxs saxlanılıb - FOTO

23 İyun 2020 20:01
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 23-də Ağstafa RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı V.Mehdiyev onu şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.