Ölkə

Şagirdlərin monitorinqi “Virtual məktəb” portalı vasitəsilə aparılacaq

20 İyun 2020 14:57
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şagirdlərin biliklərinin monitorinqi "Virtual məktəb"də aparılacaq.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, monitorinq məqsədi ilə "Virtual məktəb" portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda "Teams> General" bölməsində müvafiq olaraq "Testlər" altbölməsinə daxil olmaq lazımdır.

Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək:

"Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.