Ölkə

Kamran Əliyev yol polisinin karantin rejiminin pozulması ilə bağlı yazdığı cərimələrdən danışdı

12 İyun 2020 19:09
Baxış: 1 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yol polisi mayın 13-dək karantin rejiminin pozulması ilə bağlı inzibati xəta barədə qərar verməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, həmin vaxta qədər protokollar üzrə də qərarlar çıxarılmayıb: "Bu qərarlar digər polis orqanlarının rəhbərləri və polis sahə müvəkkilləri tərəfindən çıxarılıb. Mayın 13-dən sonra bu səlahiyyət yol polisinə verildi və bu qərarlar yol polisi tərəfindən çıxarılmağa başlandı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.