Ölkə

Fermerlərə texnika və damazlıq heyvan alınmasında güzəştlər davam etdirilir

28 Aprel 2020 15:36
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd təsərrüfatının inkişafı üçün fermer və sahibkarlara güzəştlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, dövlət bu məqsədlə kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların alınmasına subsidiyalar verir:

"Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyir. Hər hansısa bir kənd təsərrüfatı texnikasını alarkən fermer 20 faiz ilkin ödəniş edir, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində verilir. Müvəkkil banklar tərəfindən tətbiq olunan və maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılır".

Nazirlik rəsmisi deyib ki, damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılıb:

"Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edir, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirir".

V.Hüseynov bildirib ki, aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artacaq və daim yenilənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.