Ölkə

Baş nazirin müavininin oğlu Bakıda koronavirus xəstələrini könüllü müalicə edir

17 Aprel 2020 19:24
Baxış: 3 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, həkim uroloq, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, F.Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləmək istəyərkən buna icazə verilməyib.

Həkim buna icazə verilməyəcəyi təqdirdə, işdən çıxmaq üçün ərizəsini yazacağını bildirib.

Daha sonra onun könüllü işləməsi üçün lazımi şərait yaradılıb. Hazırda o, digər həkimlərlə birgə koronavirusa yoluxanları müalicə edir.

Qeyd edək ki, F.Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun oğludur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.