Ölkə

Modul tipli xəstəxanalar Bakıda və bir sıra regionlarda yaradılacaq

8 Aprel 2020 18:41
Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Modul tipli xəstəxanalar Bakıda və bir sıra regionlarda yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, artıq bunun üçün texniki işlərə başlanılıb. Eyni zamanda, kadr resursları istiqamətində də işlər aparılır:

"Bu gün ayrılmış tibb müəssisələrində mövcud reanimasiya və digər yataqlar, resurslar var. Amma elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik. Məhz bu baxımdan Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla modul tipli xəstəxanaların qurulması prosesinə başlanılıb".

R.Bayramlı deyib ki, modul tipli xəstəxanalar digər xəstəxanaların yaxınlığında quraşdırılacaq:

"Məqsəd tibbi personalın, kadr resurslarının səmərəli istifadəsidir. Biz bu müəssisələrin istifadə edilməməsi üçün əlimizdən gələn hər şeyi edirik. Amma vətəndaşlar da qaydalara əməl etməlidirlər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.