Ölkə

Ramin Bayramlı: Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır

8 Aprel 2020 18:01
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda 2 yaşdan başlamış 89-90 yaşa qədər xəstələrimiz var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib.

Onun sözlərinə görə, bu gün vəziyyəti həddindən artıq kritik olan 1 xəstə qadın var:

"Həmin qadında yanaşı gedən xəstəlik- onkoloji xəstəlik var. Onu xüsusi vurğulayım ki, onkoloji, astma və digər yanaşı xəstəlikləri olanlar koronavirus xəstəliyini daha ağır keçirirlər. Ağır vəziyyətdə olan xəstələrimizin əksəriyyəti də belə xəstələrdir".

R.Bayramlı qeyd edib ki, bu gün Azərbaycanda karantində 3000-dən çox vətəndaş saxlanılır. ötən həftə karantində saxlanılanların sayı 4000-ə yaxın idi.

R.Bayramlı əlavə edib ki, karantində saxlanılanların karantin rejiminə əməl etməsi vacibdir. Xəstəliyə yoluxanlar arasında karantinə əməl etməyənlər də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.