Ölkə

Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

6 Aprel 2020 17:17
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı COVİD-19 Gənclərin Beynəlxalq İşçi Qrupunda (Covid-19 Youth Task Force) təmsil olunacaq. Gənc fəal beynəlxalq işçi qrupunun Azərbaycan nümayəndəsi təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə məlumat verən F.Şahbazlı bildirib ki, mərkəzi qərargahı Pakistanın İslamabad şəhərində yerləşən beynəlxalq təşkilat koronavirus pandemiyası ilə mübarizədə gənclərin beynəlxalq əməkdaşlığını hədəfləyir:

"Bu beynəlxalq təşkilat koronavirusla mübarizədə müxtəlif sahələrdə fərqlənən gənclərin birgə əməkdaşlığını ehtiva edir və hazırda Asiya, Avropa, Afrika, Karib dənizi, Balkan regionu , ABŞ və Çin daxil olmaqla dünyanın 20-dən artıq ölkəsindən olan nüfuzlu gənc liderləri ətrafında birləşdirir. "Covid-19 Youth Task Force" müxtəlif ölkərin dövlət qurumları, QHT, media qurumları və digər əlaqədar təşkilatlarla yaxından əməkdaşlıq edəcək. Bu beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının məqsədlərini dəstəkləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.