TƏBİB: İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər və başa düşməlidirlər ki, hər bir məsuliyyətsiz davranış öz həyatının və ətrafının riskə atılması deməkdir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, xəstəlikdən qorunmaq üçün hələ ki peyvənd hazırlanmayıb. Virusun müalicəsi olmadığından xəstəliyin yalnız simptomatik müalicəsi aparılır.
Dünyada koronavirusa yoluxanlarının sayının getdikcə artdığını deyən V.Əliyev qeyd edib ki, artıq martın 12-dən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyi pandemiya elan edib. ÜST xəstəliyə nəzarət üçün bütün ölkələrdə qeydə alınmış xəstələrin saylarını qeyd edir.
Azərbaycanda da yoluxma hallarının getdikcə artdığını söyləyən V.Əliyev insanları karantin tədbirlərinə əməl etməyə çağırıb.
Onun sözlərinə görə, xəstəliyə yoluxmuş yaşlı insanlarda ölüm riski daha yüksəkdir. Bədən müqaviməti zəif olan insanlarda isə bu xəstəlik daha ağır formada keçir:
"Koronavirus ciddi pnevmoniya yaratdığı üçün insanların ölümünə səbəb olur. Koronavirusun əlamətləri qripə bənzərdir. Bu zaman insanda burun axıntısı, boğaz ağrısı, öskürək, halsızlıq, yüksək bədən temperaturu, əzələ ağrısı müşahidə edilir. Lakin sadalanan əlamatlərin olması koronavirusun olması anlamına gəlmir. Çünki yuxarı tənəffüs yollarına səbəb olan bir çox viruslar var ki, onlara yoluxma zamanı da belə hallar müşahidə edilə bilər. Koronavirus xəstəliyinin inkubasiya dövrü 14 gündür. Şəxs xəstə insanla təmasda olubsa, mütləq 14 gün ərzində müşahidə altında olmalıdır.
İnkubasiya dövrünün 14 gün olması nəzərə alınarsa, 1 gün ərzində bu əlamətlərin olmaması koronavirusun olmadığını inkar etmir".
V.Əliyev insanların gigiyenik tələblərə əməl etməsinin vacibliyini bildirib:
"Əllər mütləq şəkildə tez-tez yuyulmalıdır. Asqırma zamanı insanlar dəsmala, dəsmal olmadıqda isə qoluna asqırmalıdır. Çünki ələ asqırdıqda virusla zəngin ağız möhtəviyyatı ələ keçə, ordan isə insanın toxunduğu başqa əşyalara və insanlara yoluxa bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
Nahidə Babaşlı ikinci dəfə ailə qurur - (Foto)
-
Kanalda batan uşağın gözdən əlil anası - “Meyitini gətirin, əlimi sürtüm”
-
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
-
Aygün Kazımova Röyanın qonağı oldu (Foto)
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
XƏBƏR LENTİ
-
Kamkuat meyvəsi qabığı ilə birlikdə niyə yeyilir? (Foto)
-
Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq
-
Pizza dadında yulaflı poğaça resepti
-
Paşinyan 3 min metr yüksəklikdə (Video)
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
-
ABŞ İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
-
Günün qoroskopu: Bu gün ünsiyyət sizin üçün əsas vasitə olacaq
-
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
-
Nahidə Babaşlı ikinci dəfə ailə qurur - (Foto)
-
KİV - Mahmud Əhmədinejad "Mossad"la əməkdaşlıq etdiyinə görə həbs edilib
-
Venesuelada zəlzələdə ölənlərin sayı 4 500 nəfəri keçib
-
Kanalda batan uşağın gözdən əlil anası - “Meyitini gətirin, əlimi sürtüm”
-
"Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub
-
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
-
Aygün Kazımova Röyanın qonağı oldu (Foto)
-
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
-
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
"Bizə daha çox transfer lazımdır"
-
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib (Foto)
-
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
-
Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü
-
Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı





