Ölkə

Bakıda naməlum şəxs küçədə qadına hücum etdi

14 Mart 2020 10:59
2 Şərh     Baxış: 1 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qadın qarət olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, G.Şıxlinski küçəsində baş verib.

Bakı şəhər sakini Solmaz Abbasova "Movida Plaza" şadlıq sarayının yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs ona yaxınlaşaraq içərisində 40 manat pul olan portmanatı oğurlayıb.

Polisin keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində portmanatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü R.Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.