Ölkə

Azərbaycanda hotellərdə bron yerlər koronavirusla bağlı ləğv edilir

13 Mart 2020 16:04
0 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirusla əlaqədar yaranan qlobal problemə görə ölkədəki hotellərin dolma göstəricisi aşağı düşüb. Hazırda bu göstəricilər dəqiqləşdirilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, hotellərdə bronlaşdırılan yerlərin ləğvi davam etdiyindən qarşıdakı aylarda da dolma göstəricinin aşağı olmasının müşahidə ediləcəyi gözlənilir:

"Bu prosesin nəinki Azərbaycanda, bütün dünyada müşahidə edildiyini deyən G.Sağlam hazırda hotellərdə koronavirusla əlaqədar dezinfeksiya tədbirlərinin davam etdiyini, işçilərin müvafiq biliklərlə təlimatlandırıldığını nəzərə çatdırıb".

AHA rəsmisi qeyd edib ki, dünya təcrübəsini nəzərə alaraq, hotellərin istifadə edə bilməsi üçün koronavirusla bağlı məlumatlandırıcı buklet də hazırlayırlar.

G.Sağlam indiyədək hotellərdə xəstəlik hallarının qeydə alınmadığını da bildirib. O əlavə edib ki, mövcud vəziyyətin öyrənilməsi üçün hotelçilərlə görüşlər keçirilir:

"Hazırda ümumən dünya turizmində problemlər var. Biz ölkə turizminə dəyən zərəri dəqiqləşdirib sənayeyə dövlət tərəfindən dəstək edilmə məsələsini müzakirə edir və təkliflərimizi hazırlayırıq".

Onun sözlərinə görə, martın 11-dən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılmış "Macəra Yaxındadır!" kampaniyasına start götürüb:

"Kampaniya Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti yaxud da daimi yaşamaq icazəsi olan şəxslər üçün ölkədaxili turizm paketlərini bir yerə cəmləyən platformadır. Bu kampaniya hotelçillər tərəfindən çox yaxşı qəbul edildi. Əslində, bu, yaranmış vəziyyətdən çıxmaq üçün dünyada tətbiq olunan təcrübənin bir parçasıdır. Çünki Avropa ölkələrində də belə bir təcrübə var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.