Ölkə

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

29 Fevral 2020 11:29
Baxış: 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yüksəliş" müsabiqəsində iştirak edən namizədlər sabah qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.