Ölkə

"Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək" - Tural Gəncəliyev

25 Fevral 2020 14:55
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi olaraq Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması uğrunda artıq bir ilə yaxındır ki, fəaliyyət göstəririk, bundan sonra da öz fəaliyyətimizi intensivləşdirəcəyik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, artıq dünyanın 10-dan artıq dövlətinin tanıdığı Xocalı soyqırımını başqa ölkələrin də tanıması üçün bütün tədbirlər görüləcək: "Soyqırımı törətmiş Ermənistanın sabiq rəhbərləri Serj Sarkisyan, Robert Koçaryan və onların əlaltıları olmuş Artur Lukasyan kimi insanların hər birinin məsuliyyətə cəlb edilməsinə çalışacağıq. Bu insanların hər birinin Azərbaycan xalqı qarşısında cavab vermələrini tələb edəcəyik. Bu da tezliklə baş verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.