Ölkə

Ailə şikayət etdi: 13 yaşlı qıza təcavüz olunub - Bakıda şok olay

15 Fevral 2020 17:26
3 Şərh     Baxış: 7 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunan Orxan Abdullayevin barəsində cinayət işi açılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Orxan Abdullayev rayon ərazisində 13 yaşlı qızla cinsi əlaqədə olub. Azyaşlının ailə üzvlərinin şikayətindən sonra Orxan Abdullayev həbs edilib.

Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Vüsal Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.